Bu gün dünyanın demək olar ki, bir çox yerində ölkələr arasında olduqca gərgin münasibətlər müşahidə edilməkdədir. Əlbəttə, bunların arasında Rusiya - Ukrayna müharibəsi, Rusiya - Qərb münasibətlərinin daha da gərgin fazaya yüksəlməsi bütün dünyanın diqqət mərkəzindədir. Artıq dünyanı nüvə müharibəsi təhlükəsinin yaranması təhlkəsi çox ciddi şəkildə düşündürməkdədir. Hamıya məlumdur ki, əgər nüvə müharibəsi baş verərsə, bu təkcə iki ölkə arasında deyil, qlobal müharibəyə çevrilər və kütləvi insan itgisi ilə müşahidə olunar, ümumbəşəri faciə baş verər. Yenicə müharbədən çıxmış Azərbaycan, öz xalqını dünyanı ağuşuna almış hazırkı mürəkkəb siyasi və iqtisadi böhrandan mümkün qədər az zərərlə çıxarmaq üçün çox ciddi səylər göstərir . Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev şəxsən Cənubi Qafqazda , eləcə də dünyada dayanıqlı sülhün bərqərar olması üçün çox böyük addımlar atır və bu səylərinə görə demək olar ki, o, dünyada sülhün carçısına çevrilmiş böyük siyasətçidir. Bunu onun tez - tez xarici səfərlər etməsi , bir çox beynəlxalq tədbirlərdə , forumlarda iştirak atməsi, dərin məzmunla çıxışları aydın şəkildə göstərməkdədir . Oktyabrın 11 - də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Qırğızıstan Respublikasına səfər etmişdir. Burada o , Qırğızıstan Respublikasının prezidenti Sadır Japarov, Qırğızıstanın dövlət və hökumət başçıları ilə görüşlər keçirmiş , danışıqlar aparmışdır . Ümumilikdə götürdükdə bu səfər hər iki ölkə üçün olduqca faydalı və əlamətdar bir səfər olmuşdur. Azərbaycanın Dövlət Başçısının Qırğız respublikasına zəfəri zamanı Qırğızıstanın paytaxtı Bişkek şəhərində ölkə liderlərinin iştirakı ilə 20 saylı məktəb - Gimnaziya təhsil - təlim kompleksinə Ümummilli lider Heydər Əliyevin adının verilməsi ilə əlaqədar təntənəli mərasim keçirilmişdir . Hər iki ölkə başçısı mərssimdə çıxış etmiş və bu əlamətdar hadisənin Azərbaycan respublikası ilə Qırğızıstan respublikası arasındakı dostluq münasibətlərinin yüksələn xətlə inkişaf etməsinə daha bir töhfə olduğunu vurğulamışlar . Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin Qırğızıstana səfəri müxtəlif görüşlər və tədbirlər baxımından olduqca zəngin olmuşdur. Səfər zamanı Bişkekdə Qırğızıstan - Azərbaycan Dostluq Parkının da açılışı olmuşdur . Parkın açılışını yüksək qiymətləndirən Qırğızıstan respublikasına prezidenti Sadır Japarov qeyd etmişdir ki , bu parkın açılışı iki qardaş ölkə arasında təkcə siyasi iqtisadi əməkdaşlığın deyil , həm də mədəni - humanitar əlaqələrin yüksək səviyyədə inkişaf etdiyinin göstəricisidir. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev də bütün bunların iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə xidmət etdiyini vurğuladı. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin xarici ölkələrə etdiyi hər bir səfər, ölkəmizin dünya birliyindəki yerinin daha da möhkəmlənməsinə xidmət edir. Ələddin Əhmədov,Xocalı şəhər 3 nömrəli tam orta məktəbin müəllimi